Bu ölkədə “WhatsApp” bloklandı

bu-olkede-whatsapp-bloklandi
Oxunma sayı: 646

Çində “WhatsApp”la bağlı qərar qəbul olunub. 

“Qafqazinfo” xarici KİV-ə istinadən xəbər verir ki, ölkədə artıq sosial şəbəkə qismən bloklanmağa başlayıb. Belə ki, istifadəçilər bir-birlərinə foto və video yollaya bilmirlər. 

Məlumata görə, bloklama barədə göstərişi hökumət verib. 

Qeyd edək ki, Çində “Google”, “Flickr”, “Dropbox”, “Facebook”, “Twitter”, “YouTube” və qismən “Vikipediya” da bloklanıb. 

Aysel Kərimova