“Bu, ölkəmizə olan marağı əks etdirir” - Nazir

bu-olkemize-olan-maragi-eks-etdirir
Oxunma sayı: 1452

“Azərbaycan Prezidenti İlham Əliyevin ölkənin qeyri-neft sektorunun inkişafına göstərdiyi diqqətin nəticəsində aqrar sektor, aqrar sənaye yeni inkişaf mərhələsinə qədəm qoyub. SİAL beynəlxalq ərzaq sərgisində iştirakımız bu inkişafın bariz nümunəsidir, eyni zaman da Prezidentimizin həyata keçirdiyi aqrar siyasətin konkret bəhrəsidir. Azərbaycanın SİAL beynəlxalq ərzaq sərgisinin açılışında iştirakı sevindirici haldır. Bu bir daha ölkəmizə olan marağı əks etdirir”. 

“Qafqazinfo” xəbər verir ki, bu fikri SİAL beynəlxalq ərzaq sərgisinin açılışında iştirak edən Azərbaycanın kənd təsərrüfatı naziri İnam Kərimov Azərtac-a açıqlamasında deyib. 

Nazir qeyd edib ki, SİAL ən böyük beynəlxalq ərzaq sərgilərindən biridir. Azərbaycan şirkətləri sərgidə geniş tərkibdə təmsil olunurlar.

“Azərbaycan Kənd Təsərrüfatı və İqtisadiyyat nazirliklərinin, Fransadakı səfirliyimizin birgə dəstəyi, AZPROMO-nun təşkilatçılığı ilə 23 şirkətimiz sərgidə iştirak edir. 300 çeşiddə məhsul nümayiş etdirən şirkətlərimizin məhsullarına elə ilk gündən böyük maraq göstərilməsi bizi çox sevindirir. Bəzi şirkətlərimiz hətta ilkin alıcılarını taparaq, müəyyən razılığa gəliblər. Bu sərgi kənd təsərrüfatı məhsullarımızın təşviqi üçün geniş imkan yaradır”.

Nazir qeyd edib ki, bu gün Azərbaycan məhsullarına olan maraq, növbəti sərgidə iştirak edəcək şirkətlərimizin sayının daha da artmasına xidmət edəcək.

İ. Kərimov Fransaya səfəri çərçivəsində fransalı həmkarı Didye Giyom ilə də görüşüb, ikitərəfli əməkdaşlığın perspektivləri müzakirə olunub.
O, fransalı həmkarını ölkəmizə səfərə dəvət edib.