Bu ölkənin adı dəyişəcək - Parlament təsdiqlədi

Bu ölkənin adı dəyişəcək
Oxunma sayı: 2074

Makedoniya parlamenti ölkənin adının “Şimali Makedoniya Respublikası” kimi dəyişdirilməsini nəzərdə tutan qanun layihəsini təsdiqləyib.

“Qafqazinfo” “Röyters”ə istinadən xəbər verir ki, müvafiq dəyişikliklər Makedoniyanın NATO və Avropa İttifaqına qəbul olunması üçün Yunanıstanla razılaşmaya əsasən edilib. 

Xatırladaq ki, ötən ilin oktyabrında deputatların əksəriyyəti ilk oxunuşdan ölkənin adının dəyişdirilməsini dəstəkləmişdilər. Bu gün keçirilən səsvermədə isə 81 millət vəkilinin cavabı müsbət olub. Hazırda dəyişikliklə bağlı sövdələşməni Yunanıstan dəstəkləməlidir.

 


Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi