Bu, onun üçüncü evliliyidir - Fotolar

bu-onun-ucuncu-evliliyidir
Oxunma sayı: 1840

Hollivud ulduzu Skarlet Yohansson komediya aktyoru Kolin Costla nişanlanıb. “Qafqazinfo” xəbər verir ki, mətbuata açıqlama verən 34 yaşlı aktrisa məlumatı təsdiq edib. 

O, toy tarixinin hələ müəyyənləşmədiyini vurğulayıb. Skarlet Kolinlə iki ildir ki, sevgili olduğunu da qeyd edib. 

Bu məqamda bildirək ki, bu, Yohanssonun sayca üçüncü evliliyi olacaq. O, bundan əvvəl aktyor Ryan Reynolds və jurnalist Romain Dauriaclə ailə qurub. Aktrisanın Rose adlı 4 yaşlı qızı var.