“Bu, Prezidentə qarşı təxribatdır”

bu-prezidente-qarsi-texribatdir
Oxunma sayı: 640

“Qafqazinfo”nun məlumatına görə, o deyib ki, vətəndaşların öz humanitar haqları uğrunda hər hansı mübarizəsinə qarşı məhkəmələrin bu cür ağır cəzalar verməsi Azərbaycan Respublikası Prezidentinə qarşı təxribatdır: “Çünki ölkədə elan edilən siyasətin mahiyyətinə və istiqamətinə zidd olaraq belə qərar verilib”.

M.Rəhimli bildirib ki, məhkəmə tərəfindən cəzalandırılan şəxslərin azadlıqda olması nə dövlətimiz, nə də hakimiyyət üçün heç bir təhlükə törətmir: “Onlara qarşı məhkəmənin mövqeyinin sərtliyi, məncə, iqtidar daxilində mürtəce qüvvələrin qarşıdurmasının nəticəsində ortaya çıxmışdır. Bu qüvvələr öz şəxsi maraqları, mənafeləri və ambisiyaları naminə Azərbaycan dövlətini beynəlxalq aləmdə nüfuzdan salmaq, iqtidarın özünə qarşı mənfi imic formalaşdırmaq missiyasını həyata keçirməyə cəhd etmişlər. Ədalət Partiyası ümid edir ki, həbs olunan bir qrup müxalifətçinin işinə yenidən baxılacaq və onlar azadlığa buraxılacaq”.