“Bu, prezidentin müstəsna səlahiyyətindədir”

bu-prezidentin-mustesna-selahiyyetindedir
Oxunma sayı: 637

Onun sözlərinə görə, parlamentə səfir namizədlərin təqdim edilməsi prezidentin müstəsna səlahiyyətindədir. Eyni zamanda, doqquz ölkənin yeni səfirlərini həm parlament çoxluğu, həm də azlığı dəstəkləyib: “Təəssüf ki, parlamentlə prezident arasında çox pis əlaqə var. Köhnə səfirlərdən beşinin səlahiyyət müddəti başa çatıb, ikisi öz istəkləri ilə istefa ərizəsi yazıblar. İndi bizim nə köhnə, nə də yeni səfirimiz var”.

İmerlişvili həmçinin bildirib ki, qanunvericilikdə prezidenti lazımi sənədləri imzalamağa məcbur edəcək mexanizm də yoxdur.

Qeyd edək ki, daha əvvəl ölkənin XİN rəhbəri Maya Pandjikidze bəyan etmişdi ki, prezident parlament tərəfindən təsdiq edilmiş səfirlərin təyinatı haqqında fərmanın imzalanmasını gecikdirir.

Xatırladaq ki, bu ilin yanvarında xarici işlər naziri Maya Pandjikidzenin tərtib etdiyi siyahıya uyğun olaraq Saakaşvili bir sıra ölkələrdəki səfirlərini geri çağırmışdı. Onun geri çağırdığı səfirlər arasında Gürcüstanın Azərbaycandakı səfiri Teymuraz Şaraşenidze də var.