“Bu, prezidentin öz strategiyasıdır, kiminsə təzyiqi ilə edilmir”

“Bu, prezidentin öz strategiyasıdır, kiminsə təzyiqi ilə edilmir”
Oxunma sayı: 789

“Bəzi şər-böhtan yayan qüvvələr prezidentin gördüyü işləri az qala öz adlarına çıxarır”.

“Qafqazinfo” xəbər verir ki, bunu deputat YAP-çı deputat Siyavuş Novruzov parlamentdə çıxışında deyib. O, qeyd edib ki, yaxşı olardı ki, məmurlar prezidentin həyata keçirdiyi işlər barədə insanları maarifləndirsinlər: “Bu yaxınlarda şəhid ailələri ilə bağlı məsələ, həmçinin mimumum əməkhaqqının artırılması, gənclərlə görüş, zəlzələ bölgəsinə səfər və zərərçəkmiş ailələrlə görüş dövlət başçısının öz strategiyasıdır. Bunlar kiminsə təzyiqi və təhdidi ilə edilən işlər deyil. 

Ancaq şər-böhtan yayanlar təəssüf ki, bunu öz adına çıxarır. Biz də prezidentin əsgəri kimi əhali ilə görüşlərimizdə bu strategiyanı onlara başa salmalıyıq”.

Günel Türksoy


Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi