“Bu, psixi pozğunluğun əlamətidir” - - Obamaya sərt reaksiya

bu-psixi-pozgunlugun-elametidir-
Oxunma sayı: 1638

 

“Qafqazinfo” xəbər verir ki, CNBC telekanalına müsahibə verən Medvedev ABŞ prezidentinin “Rusiya insanlığa təhlükə baxımından Ebola virusundan sonra ikinci yerdədir” sözlərini şərh edib:

“Mən həmkarlarımızın beynəlxalq situasiya, Avropada, Ukrayna ərazisində baş verənlərlə bağlı narahatlığını başa düşürəm. Etiraf etməliyəm ki, Ukrayna bizə hamısından yaxındır, çünki onlar bizə yaxın xalqdır, demək olar ki bir xalqıq. 

Mən çox təəssüf edirəm ki, prezident Obama BMT-nin tribunasından çıxış edərək bəşəriyyət üçün təhlükələri sadalayaraq birinci yerdə Ebola virusunun, ikinci yerdə Rusiya Federasiyasının, üçüncü yerdə isə “İslam Dövlətini”n adını çəkdir. Mən bunu şərh etmək belə istəmirəm, bu, kədərlidir, beyin pozğunluğunun əlamətidir”.