Bu qanuna dəyişikliklər edildi

Bu qanuna dəyişikliklər edildi
Oxunma sayı: 36

“Reklam haqqında” qanuna dəyişikliklər edilib. 

“Qafqazinfo” xəbər verir ki, qanunun 29.2.7-ci maddəsində “bioloji aktiv əlavə və qida əlavəsi” sözləri “bioloji fəallığa malik qida əlavəsi” sözləri ilə əvəz edilib. 

Bundan əlavə, qanuna yeni məzmunda 30.7-ci maddə əlavə edilib. Həmin maddədə qeyd olunur ki, bioloji fəallığa malik qida əlavələrinin reklamında onların dərman vasitəsi olmadığı haqqında məlumat verilməlidir.

Qanuna təklif edilən dəyişikliklər səsə qoyularaq qəbul edilib. 

Günel Türksoy


Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi