Bu qəsəbədə üç gündür qaz yoxdur

bu-qesebede-uc-gundur-qaz-yoxdur
Oxunma sayı: 1206

Abşeron rayon Məhəmmədi qəsəbəsində 3 gündür ki, qazın təziqi çox aşağıdır. 

Bu haqda “Qafqazinfo”ya müraciət edən qəsəbə sakinləri bildiriblər ki, soyuq havalarda təzyiqin aşağı olması səbəbindən kombilər işə düşmür və artıq üçüncü gündür soyuq havada əziyyət çəkirlər. Sakinlər məsələ ilə bağlı “Azəriqaz”ın “qaynar xətt”inə dəfələrlə müraciət etsələr də problemin səbəbi izah olunmayıb. Hazırda da qazın təzyiqinin aşağı olduğunu bildirən sakinlər aidiyyatı qurumun məsələyə biganə yanaşdığını qeyd ediblər.

“Qafqazinfo” məsələylə bağlı “Azəriqaz” İstehsalat Birliyi mətbuat xidmətinin rəhbəri İbrahim Kərbalayevlə əlaqə saxlayıb. O isə bildirib ki, hazırda ölkənin heç bir yerində qazın verilməsində fasilə yoxdur: “Ola bilməz ki, harasa 3 gün qaz gəlməsin. Bu kimi hallarda sakinlər fərdi şəkildə “Azəriqaz”la əlaqə saxlasınlar”.

Günel Hacı