Bu qız İstanbula gəldi - Fotolar

bu-qiz-istanbula-geldi-fotolar
Oxunma sayı: 641

İsrail əsgərləri qarşısında cəsarətli davranışları ilə bütün dünyada məşhurlaşan 13 yaşlı fələstinli Ahed Tamimi Türkiyədədir. “Qafqazinfo”nun Türkiyə KİV-nə istinadən verdiyi xəbərə görə, Ahed Tamimi hazırda ona veriləcək “Hanzala Cəsarət Mükafatı”nı almaq üçün İstanbuldadır.

Fələstinli qızı hava limanında şagirdlər qarşılayıblar. Mətbuat nümayəndələrinin suallarını cavablandıran Tamimi Türkiyədə olduğu üçün özünü xoşbəxt və azad hiss etdiyini, daim burada qalmaq istədiyini söyləyib.

Eyni anları yenidən yaşasaydı İsrail əsgərini öldürmək istəyib-istəməyəcəyi ilə bağlı verilən suala Tamimi “Bəli. Onu mütləq öldürərədim və Fələstinin azadlığ üçün çalışardım” cavabını verib.