Bu qızın həyatı dəyişdi - Fotolar

bu-qizin-heyati-deyisdi-fotolar
Oxunma sayı: 764

“Kurtlar Vadisi Pusu”nun qəhrəmanı Necati Şaşmazın 12.12.12 tarxindəki toydan bir neçə gün keçsə də, cütlük hələ də gündəmdədir. Hər gün sirli toy haqqında yeni detallar mediaya məlum olur.

“Qafqazinfo”nun məlumatına görə, özündən 21 yaş kiçik Nagehan Kaşkçı ilə evlənən Şaşmaz xanımına etdiyi hədiyyələrlə hamını “şaşırdıb”. Belə ki, o, toyda gənc həyat yoldaşına 20 bin dollarlıq tək qaş, 75 min dollarlıq bilərzik, boyunbağı və sırğa ilə yanaşı 10 min dollarlıq “Cartier” saatı da hədiyyə edib. Necati Şaşmaz həmçinin xanımı üçün özəl sürücülü avtomobil də sifariş verib, amma avtomobil isə xanım Şaşmaz özü seçməlidir.

Artıq cütlük bal ayını Maldiv adalarında villada keçirir. Onların villaya 35 min dollar ödədikləri məlum olub. Elə bal ayı üçün Maldiv adalarını da Nagehan seçib, çünki adaların necə olduğu 21 yaşlı Nagehana çox maraqlı gəlib.