Bu qruplarda sınaq imtahanına qeydiyyat başlayır

bu-qruplarda-sinaq-imtahanina-qeydiyyat-baslayir
Oxunma sayı: 1042

I-IV ixtisas qrupları üzrə ali təhsil müəssisələrinə qəbul olmaq istəyən abituriyentlərin qəbul imtahanlarına daha səmərəli hazırlaşmalarına kömək məqsədi ilə aprelin 15-də ikinci sınaq imtahanı keçiriləcək.

Dövlət İmtahan Mərkəzinin (DİM) mətbuat xidmətindən "Qafqazinfo"ya verilən məlumata görə, sınaq imtahanları 1 növbə üzrə keçirilir və bütün binalarda saat 11:00-da başlayır.

Aprelin 15-də keçiriləcək sınaq imtahanına qeydiyyat 15 mart saat 10:00-dan 11 aprel saat 10:00-dək aparılacaq.

Sınaq imtahanının 18 şəhər və rayonda keçirilməsi nəzərdə tutulur. 

Sınaq imtahanında iştirak haqqı 20 manatdır.