Bu qurğu qonşu otaqdakı insanların sayını təyin edəcək - Video

bu-qurgu-qonsu-otaqdaki-insanlarin-sayini-teyin-edecek
Oxunma sayı: 1563

Kaliforniya Universitetinin professoru Yasamin Mostofinin rəhbərliyi altında çalışan mütəxəssislər komandası otaqdan kənarda quraşdırılmış aparaturanın köməyilə həmin otaqdakı insanların sayını dəqiqliklə təyin etməyə imkan verən texnologiya hazırlayıb.

“Qafqazinfo” Technote-yə istinadən xəbər verir ki, otaqdakı insanların sayını təyin etmək üçün yalnız iki qurğu lazımdır: simsiz ötürücü aparat və siqnal qəbuledicisi.

Hər iki qurğu könüllülər olan otağın divarının arxasına yerləşdirilə bilər. Lazımi otaqda qurğuların ilkin kalibrlənməsi tələb olunmur, həm də operatora ehtiyac yoxdur.

Otaqdakı insanların sayı qəbul edilən siqnalın (RSSI) səviyyə göstəricisinə görə qiymətləndirilir. Wi-Fi radiosiqnalı istiqamətində görüşən insanların sayından asılı olaraq qəbul edilən siqnalın gücü dəyişir.

Həmçinin başqa fiziki maneələr, ən çox binaların divarları qəbul edilən siqnalın gücünə təsir edir. Lakin Mostofinin qrupu bu problemi aradan qaldırıb. Mostofinin fikrincə, yeni texnologiya təhlükəsizlik sistemləri və enerji sərfiyyatının idarə edilməsi sistemlərində tətbiq edilə bilər.