“Bu qurum bizim üçün çox əhəmiyyətli bir təşkilatdır”

bu-qurum-bizim-ucun-cox-ehemiyyetli-bir-teskilatdir
Oxunma sayı: 657

Bu fikirləri Milli Məclisin sədr müavini Bahar Muradova deyib. B.Muradova bildirib ki, həmin mərkəzlərin maliyyələşməsini isə müxtəlif layihələrin həyata keçirilməsi yolu ilə tənzimləmək mümkündür. Bundan sonra isə onların maliyyələşməsini və idarəetməsini həmin xarici ölkələrdə yaşayan və fəaliyyət göstərən həmvətənlərimizin özlərinə həvalə etmək olar”.
Vitse-spiker həmçinin, qeyri-hökumət təşkilatı olan “Azərbaycan Respublikasının Dağlıq Qarabağ bölgəsinin azərbaycanlı İcması” İctimai Birliyinin maliyyələşməsinin dövlət büdcəsi hesabına olmasını məqbul hesab edib. B.Muradovanın fikrincə, Azərbaycan praktikasında indiyə qədər bəzi qeyri-hökumət təşkilatı hesab edilən qurumların dövlət tərəfindən maliyyələşməsi halı var.

«Hesab edirəm ki, bu qurum bizim üçün çox əhəmiyyətli bir təşkilatdır. Ona görə də, təşkilatın daha səmərəli fəaliyyət göstərməsi üçün onun dövlət maliyyələşməsinə cəlb edilməsi çox vacibdir» - deyə, B.Muradova vurğulayıb.