Bu qurum maşın alışına 2 milyon yarım pul ayırıb

bu-qurum-masin-alisina-2-milyon-yarim-pul-ayirib
Oxunma sayı: 4155

Dövlət Reklam Agentliyi yanvarda 25 ədəd miniven, 14 ədəd sedan və 1 ədəd pikap tipli nəqliyyat vasitəsinin alınmasına dair “Toyota Abşeron Center” MMC və “Autouniversal” MMC ilə 7 tender müqaviləsi imzalayıb.

“Qafqazinfo” FED.az-a istinadən xəbər verir ki, bu satınalmalar müqabilində “Autouniversal”a 704 175 manat, “Toyota Abşeron Center”ə 698 000 manat ödənilib.

Beləliklə, yuxarıdakı satınalmalara toplam olaraq 1 402 175 manat xərclənib.

Xatırladaq ki, bu günə qədər agentlik “Autouniversal”dan 1 549 181 manatlıq miniven, “Toyota Abşeron Center”dən 981 000manatlıq sedan və pikap tipli avtomobillər alıb. Nəqliyyat vasitələrinin alınmasına cəmi 2 530 175 manat pul xərclənib.