Bu rayonlarda elektrik problemi olmayacaq

bu-rayonlarda-elektrik-problemi-olmayacaq
Oxunma sayı: 1034

“Azərişıq” ASC “Regionların 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nın tərkib hissəsi olmaqla Aran regionunda kənd təsərrüfatının, aqrar sənaye komplekslərinin dayanıqlı elektrik təchizatının təmin edilməsi istiqaməıtində gördüyü işləri açıqlayıb.

“Qurumdan “Qafqazinfo”ya daxil olan xəbərə görə, aparılan işlər nəticəsində Beyləqan və Füzuli rayonlarında 140.000 nəfər əhalisi fasiləsiz elektrik enerjisi ilə təmin olunub.  “Zərdab” yarımstansiyasında yenidənqurma işlərinə başlanılıb, transformatorlarının gücü 2 ədəd 10 MVA olan müasir tipli yarımstansiya inşa edilib. 

İmişli rayonu ərazisində 1970-cı ildə istismara verilmiş, 5 yaşayış məntəqəsini və İmişli şəhərinin bir hissəsini elektrik enerjisi ilə təmin edən 35/10 kV-luq Rəsullu yarımstansiyası da yenidən qurulub. Hazırda əsasən sənaye obyektlərini elektrik enerjisi ilə təmin edən 35/6 kV-luq “Bəhrəmtəpə-1” yarımstansiyasında yenidənqurma və genişləndirmə işləri aparılır. 

Ağcabədi Elektrik Şəbəkəsinin 35/10 kV-luq “Ağcabədi-2” yarımstansiyasında 35 kV-luq gərginlikdən 110 kV-luq gərginliyə keçirilməklə yenidənqurma işləri aparılır. 
   
ASC Ağcabədi, Ağdam, İmişli rayonlarında işlərin davam etdirildiyini bilıdirib.