“Bu, reklam deyil, həqiqətən də barışmışıq”

bu-reklam-deyil-heqiqeten-de-barismisiq
Oxunma sayı: 1789

Türkiyənin məşhur müğənnisi Hande Yener ötən gün kosmetika mağazalarının birində görüntülənib.

“Qafqazinfo”nun “Posta”ya istinadən verdiyi xəbərə görə, ayaqüstü jurnalistlərlə qısa söhbət edən sənətçi uzun illər küsülü olduğu həmkarı Demet Akalınla barışmasından danışıb.

“Bu, reklam deyil. Biz həqiqətən də barışmışıq. İkimiz də artıq böyümüşük. Keçmiş mövzular bağlanıb və aramız indi çox yaxşıdır”,- deyə Yener bildirib.