Bu robot avtomobilləri enerji ilə doldurur - Video

bu-robot-avtomobilleri-enerji-ile-doldurur
Oxunma sayı: 2130

Avstriyada elektrik avtomobillərinin modelini müəyyənləşdirərək onu enerji ilə dolduran robot hazırlanıb.

“Qafqazinfo” ICTnews-a istinadən xəbər verir ki, Avstriyanın Qrats Universitetinin tədqiqatçılardan ibarət komandası “BMW”, “MAGNA Steyr Engineering”, “KEVA” şirkətləri və Avstriya Avtomobil Mühəndisləri Cəmiyyətində çalışan həmkarları ilə birgə KoMoT (Komfortable Mobilität mittels Technologieintegration) layihəsi çərçivəsində elektrik avtomobillərinin identifikasiyası və enerji ilə doldurulması üçün avtomatlaşdırılmış sistem hazırlayıblar.

Enerjidoldurma stansiyasının tərkibinə bir neçə kamera daxildir. Sistem bu kameraların köməyi ilə nəqliyyat vasitələrinin tipini müəyyənləşdirir.

Sözügedən sistem kameralardan əldə edilmiş təsviri təhlil edərək avtomobilin modelini müəyyənləşdirir, enerjidoldurma portunu tapır, tipini müəyyənləşdirir, daha sonra müvafiq kabel seçir və bir neçə dəqiqə sonra enerji doldurmağa hazır olur.