“Bu, Rusiyanın maraqlarına cavab verir”

bu-rusiyanin-maraqlarina-cavab-verir
Oxunma sayı: 822

 

R. Nurullayev qeyd edib ki, Azərbaycan iqtidarı balanslı siyasətini sürdürür: “Hələ ki, arada bir axsasa da işləməkdə davam edir. Bu günə kimi həm Avropa, həm də Rusiya ilə eyni məsafədə qalmağa üstünlük verən Azərbaycan Avropa Birliyi ilə Strateji Modernləşdirmə Sazişini imzalayandan sonra tarazlıq Avropa Birliyinə tərəf əyiləcək.

Azərbaycan belə çıxır ki, tarazlığı qorumaq üçün Rusiya ilə də hansısa anlşamaya geməlidir. Bəs bu anlaşma nə olacaq?

Avropa Birliyi ilə ticarət, enerji və digər iqtisadi sahələrdə sıx əməkadşlığa üstünlük verən və bunun fonunda demokratiya və insan haqları məsələsinin qaldırılmamasını istəyən Azərbaycan eyni sahədə Rusiya ilə də əməkdaşlıq edə bilməz. Çünki, Avropa Birliyi yəqin ki, Azərbaycanla DCFTA (Deep Comprehensive Free Trade Area) - yəni Azad Ticarət Zinasl üzrə daha Dərin Anlaşma və ya yaxınlşama - sazişi bağlayacaq. Bu saziş isə artıq Azərbaycanın eyni sahələr üzrə üçüncü tərəflə əməkdaşlığına qadağalar qoyur.

Belə çıxır ki, Azərbaycan Rusiya ilə siyasi anlaşmaya gedə bilər. Amma, bu siyasi anlaşma nə olacaq? Təbii ki, Azərbaycan NATO-ya üzv olmaqla bağlı tələsmir və bunu qabartmır. Bu, Rusiyanın da maraqlarına cavab verir. Başqa hansı anlaşma olacaq, bu çox maraqlıdır”.