Bu rüsumların dərəcələri azaldıldı

Bu rüsumların dərəcələri azaldıldı
Oxunma sayı: 1331

Özəl təhsil müəssisələri ilə bağlı təklif olunan rüsumların dərəcələri azaldılıb. 

“Qafqazinfo” xəbər verir ki, “Dövlət rüsumu haqqında” və “Təhsil haqqında”  qanunların birinci oxunuşu zamanı təklif edilən rüsumların dərəcələri deputatlar tərəfindən narazılığa səbəb olmuşdu. Ona görə də ikinci oxunuş zamanı isə rüsumların dərəcələri bir qədər azaldılıb. 

Belə ki, "Dövlət rüsumu haqqında" qanuna edilən 31-1 maddəli dəyişikliyə əsasən, akkreditasiyadan keçmək üçün məktəbəqədər təhsil müəssisələri 2 000 manat, ümumtəhsil müəssisələri 5 000 manat, məktəbdənkənar təhsil müəssisələri 5 000 manat, peşə təhsili müəssisələri 10 000 manat, orta ixtisas təhsili müəssisələri 12 000 manat, ali təhsil müəssisələri 20000 manat, əlavə təhsil müəssisələri 12 000 manat, təhsil fəaliyyətini həyata keçirən digər müəssisələr də 12 000 manat dövlət rüsumu ödəməlidir.

Birinci oxunuşda təklif edilən rəqəmlər isə belə idi:  akkreditasiyadan keçmək üçün məktəbəqədər təhsil müəssisələri 3 000 manat, ümumtəhsil müəssisələri 5 000 manat, məktəbdənkənar təhsil müəssisələri 7 000 manat, peşə təhsili müəssisələri 10 000 manat, orta ixtisas təhsili müəssisələri 15 000 manat, ali təhsil müəssisələri 20000 manat, əlavə təhsil müəssisələri 15000 manat, təhsil fəaliyyətini həyata keçirən digər müəssisələr də 15 000 manat dövlət rüsumu ödəməlidir.

Parlamentin İqtisadi siyasət, sənaye, sahibkarlıq komitəsinin sədri Ziyad Səmədzadə, Elm və təhsil komitəsinin sədri İsa Həbibbəyli digər dövlətlərlə müqayisədə bizdə təklif edilən dərəcələrin az olduğunu vurğulayıb.

Günel Türksoy
 


Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi