“Bu saç düzümünü yalnız zövqlü insanlar bəyənir” - - Rəqsanə

bu-sac-duzumunu-yalniz-zovqlu-insanlar-beyenir-
Oxunma sayı: 3328


Müzakirələrə aydınlıq gətirən Rəqsanə "Qafqazinfo"ya açıqlamasında bildirib ki, bu saç düzümünü seçməklə risk edib: 

"Saçımı stilist Fuad Hacıyev düzəldib. Dəyişiklik etmək istəyirdim, konsertə bir neçə saat qalmış belə bir saç düzümü istədim. Sağ olsun Fuad da ürəyim istəyən kimi saçımı düzəltdi. Rihanna dünya ulduzudur, təbii ki, ona bənzədənlər oldu. Bəyənənlər də var, bəyənməyənlər də. Tənqid də edirlər, tərifləyirlər də. Mən bunlara normal yanaşıram. Hər kəs bəyənib tərifləyə bilməz, bu, mümkün deyil. Özüm də bilirdim ki, məni Rihannaya bənzədəcəklər. Bu saç düzümündən bir çox dünya ulduzları bəhrələnib. Bu saç düzümünü  yalnız zövqlü insanlar bəyənir. Bir sözlə, risk etmişəm".