“Bu Sarkisyana təxribatdır”

bu-sarkisyana-texribatdir-
Oxunma sayı: 651

“Qafqazinfo” xəbər verir ki, bu sözləri AXCP sədrinin müavini Razi Nurullayev Facebook profilində Paruyr Ayrikyana güllələnməsinə münasibət bildirərkən deyib:

“Çünki, Paruyr Ayrikyan şanslı namizəd hesab edilmir və ümumiyyətlə 8 namizəd arasında hazırkı prezidentə rəqabət yarada biləcək namizəd yoxdur. Bu seçkini Azərbaycanda keçirilən 2008-ci il prezident seçkilərinə bənzətmək olar.

Sui-qəsd nəticəsində artıq prezident seçkiləri ciddi zərbə alıb və buna görə də Ermənistanın 18 fevral seçkilərini azad və ədalətli elan etməsi və bu şəkildə də qəbul etdirməsi mümkün olmayacaq. Görünür ki, Ermənistanda stabilliyin pozulmasında maraqlı olan daxili qüvvələr var və bu hücumun xaricdən idarə edilməsini istisna edirəm. Sui-qəsd birbaşa Serj Sərgisyana vurulan zərbədir.

İkinci bir ehtimal ondan ibarətdir ki, bu düşünülmüş bir addımdır və seçki texnologiyası kimi dəyərləndirilə də bilər. 30 metrdən açılan atəşlə o öldürülə də bilərdi, yaxud qatil daha da yaxına gəlib baş və ürək nahiyəsini nişan ala bilərdi.

Fakt bundan ibarətdir ki, onu öldürmək istəməyiblər. Nəticə isə namizəd üçün daha əlverişli şərait yaradıb. Seçicilərinin sayı artıb və onun adını az qala bütün dünya tanıdı”.