“Bu səfər də uğurlu olacaq” - Mövqe

bu-sefer-de-ugurlu-olacaq-movqe
Oxunma sayı: 649

Trend-in məlumatına görə, bu barədə Gürcüstanın xarici işlər nazirinin müavini Nino Kalandadze ənənəvi brifinqdə deyib.

Gürcüstan XİN rəhbəri Qriqol Vaşadzenin oktyabrın 26-27-də Bakıya rəsmi səfəri gözlənilir.

"Gürcüstan XİN-in rəhbəri Qriqol Vaşadze ikigünlük səfər zamanı Azərbaycan prezidenti İlham Əliyev, baş nazir, xarici işlər və nəqliyyat nazirləri ilə görüşəcək", - Kalandadze deyib.

Nazir müavini qeyd edib ki, görüşlər zamanı ikitərəfli münasibətlərin aktual məsələləri, eyni zamanda iqtisadiyyat, nəqliyyat və energetika sahələrində əməkdaşlıq məsələləri müzakirə ediləcək.

"Biz ümid edirik ki, bu səfər əvvəlkilər kimi uğurlu olacaq", - Kalandadze vurğulayıb.

Nazir müavininin fikrincə, iki ölkə arasında intensiv səfərlər Azərbaycan və Gürcüstanın strateji tərəfdaş olduğunu göstərir.