Bu səhər qatarlar niyə yubandı? - Açıqlama

bu-seher-qatarlar-niye-yubandi
Oxunma sayı: 639

Bu səhər Bakı metrosunda nasazlıq yaranıb. Sərnişinlər təxminən 10 dəqiqə “Həzi Aslanov”-“İçərişəhər” qatarında olarkən platformada qalıblar.

“Bakı Metropoliteni” QSC-nin mətbuat xidmətinin rəhbəri Nəsimi Paşayev “Qafqazinfo”ya bildirib ki, problem artıq aradan qaldırılıb:

““28 may” metrostansiyasında qatarda texniki nasazlıq olub, bu səbəbdən digər stansiyalardakı qatarların hərəkətində 5-6 dəqiqəlik gecikmə olub”.