Bu səhər siz də “Sahil”ə dəyib qayıtmısız? - Video

bu-seher-siz-de-sahile-deyib-qayitmisiz
Oxunma sayı: 992

Xəbər verdiyimiz kimi, bu gündən Bakı Metropoliteninin “Sahil” stansiyası bağlanıb.

“Qafqazinfo”nun fotoqrafı Nuran Məmmədov səhər saatlarından təmir işlərinə başlanılan stansiyada olub. “Sahil”in giriş-çıxışı, hətta platforması belə artıq qapadılıb. Divarlarda söküntü işlərinə start verilib. 

“Bakı Metropoliteni” QSC-nin mətbuat xidmətinin rəhbəri Nəsimi Paşayev “Qafqazinfo”ya bildirib ki, stansiya bir də 2018-ci ilin yayında sərnişinlərin üzünə açılacaq. Həm də yeni görkəmdə...

Bir il müddətinə daxil ola bilməyəcəyiniz stansiyadan görüntüləri təqdim edirik: