Bu şəhərdə Müşfiqin evi əlindən alınır...

Bu şəhərdə Müşfiqin evi əlindən alınır...
Oxunma sayı: 7256

“Bu Şəhərdə”nin ssenaristi Müşfiq Abbasovun 140 min dollara aldığı evi əlindən alınır.

“Qafqazinfo”ya açıqlamasında M.Abbasov bildirib ki, 2012-ci ildə “Təməl-N” MTK-nın Yasamal rayonunda inşa etdiyi binadan mənzil alıb.

 M.Abbasovun sözlərinə görə, həmin mənzili Taleh Həsənov adlı şəxs şirkətin özündən alıb:

"Lakin evi öz adına yox, baldızı qızı Gülrux Həsənovanın adına alıb. Bir müddət sonra Taleh Həsənov vəfat edib. 2009-cu ildə onun arvadı Mehriban Həsənova bacısı qızı Gülruxu məhkəməyə verərək ərinin aldığı evi geri qaytarmasını tələb edib". 

M. Abbasov qeyd edib ki, sözügedən proses zamanı evin üzərinə həbs qoyulub, sonra isə G.Həsənova məhkəmədə qalib gəlib və evin üzərindən həbs götürülüb: “Bütün bu məsələlərdən xəbərim olmayıb və həmin ərəfədə evi Gülruxdan aldım.113 min manat qiymətləndirilən evə o zamankı məzənnə ilə 140 min ABŞ dolları ödədim. “Kupça” da Gülrux Həsənovun adına idi, notarius da təsdiqlədi, Əmlak Komitəsi də evi mənim adıma keçirtdi. Çünki Gülrux dedi ki, təcili xaricə getməliyəm, buna görə pulu dollarla tələb etdi, mən də elə verdim. 2016-cı ildə isə məni məhkəməyə çağırdılar və məlum oldu ki, Mehriban Həsənova məni məhkəməyə verib. Yasamal rayon Məhkəməsi qərar verdi ki, xala ilə bacı qızı arasında olan söhbətlərdən sənin xəbərin olmayıb. Mənim xeyrimə qərar çıxarıldı. Apellyasiya məhkəməsində 15 dəqiqə çəkən prosesdə hakim Xəyalə Cəmilova qərarı dəyişib belə etdi ki, mən evi Mehriban Həsənovaya təhvil verib özüm küçədə qalmalıyam. Pulumu isə sonra Gülrux Həsənovadan istəməliyəm. Bu qərardan Ali Məhkəmə şikayət edəcəyik”.

M.Abbasov qeyd edib ki, aldığı gündən bəri həmin evdə ailəsi ilə birgə yaşayır.

Murad Əhməd


Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi