“Bu şəhərdə” “Qeybət” edəcək

bu-seherde-qeybet-edecek
Oxunma sayı: 638

Hər il Heydər Əliyev Sarayında 8 Mart Beynəlxalq Qadınlar günü ərəfəsində sevənlərini başına toplayan cütlük bu il də ənənəsinə sadiq qalacaq.
Heydər Əliyev Sarayının mətbuat xidmətinin rəhbəri Anar Fərəczadənin “Qafqazinfo”ya verdiyi məlumata görə, mart ayında düz beş gün - martın 7-i, 8-i, 9-u, 10-u və 11-də “Qeybət” adlı proqramla səhnəyə çıxacaq “Bu şəhərdə” yeni səhnəciklərini nümayiş etdirəcək.

Konsertə biletlərin qiyməti 10 manatdan 100 manat arasındadır.

Nigar Məmmədli