Bu şəhərdə selfi çubuqlarına qadağa qoyuldu

bu-seherde-selfi-cubuqlarina-qadaga-qoyuldu
Oxunma sayı: 739

İtaliyanın Milan şəhərinin rəhbərliyi qəbul etdiyi qadağalarla diqqət çəkib.

“Qafqazinfo” xarici KİV-ə istinadən xəbər verir ki, şəhər küçələrində selfi çubuqlarına, şüşə butulkalarda içkilərə və yemək satılan arabalara müvəqqəti qadağa tətbiq edib.

Sözügedən qərar “antisosial davranış”ın və şəhərin çirklənməsinin qarşısını almaq üçün qəbul edilib.

Qadağanın avqustun 13-dək qüvvədə qalacağı bildirilib. Ancaq bu müddətin artırıla biləcəyi qeyd edilib.