“Bu şəhərdə”dən Cavanşirə cavab

bu-seherdeden-cavansire-cavab
Oxunma sayı: 4634

Əməkdar artist Coşqun Rəhimov müğənni Cavanşir Məmmədovun “Bu şəhərdə”ni tənqid etməsinə münasibət bildirib. Tanınmış aktyor “Qafqazinfo”ya açıqlamasında qeyd edib ki, sənətçinin illər əvvəl baş verən hadisəni yenidən gündəmə gətirməsi mənasızdır:

“Firuzə İbadova və onun yanında oxuyan Cavanşir Məmmədovu parodiya etdiyimiz  konsert 2010-cu ildə baş tutub. Cavanşir Məmmədov isə özü bizdən dəvətnaməni götürərək gəlib baxdığı və alqışladığı bu nömrəyə nədənsə 9 il sonra, yəni 2019-cu ildə reaksiya verib. Biz də ona 9 il sonra, 2028-ci ildə cavab verəcəyik. Gözləsin və bizim yaradıcılığımızı izləsin”.

Xatırladaq ki, C. Məmmədov “Səhər- Səhər” proqramında  onu parodiya edən “Bu şəhərdə” üzvlərini qınamışdı.