“Bu şəhərdə”nin konsertinə həkimlər nəzarət edəcəklər

bu-seherdenin-konsertine-hekimler-nezaret-edecekler-
Oxunma sayı: 672

“Qafqazinfo”nun məlumatına görə, bunu Trend Life-a layihənin prodüseri və rəhbəri Müşfiq Abbasov bildirib.
Xatırladaq ki, "Bu şəhərdə"nin 2011-ci ilin oktyabrında verdiyi konsert zamanı aktyor Coşqun Rəhimov kulis arxasında huşunu itirmişdi. Nəticədə "təcili yardım"a müraciət olunmuşdu. Konsertin son günlərində isə Coşqun səhnəyə iynə vurduraraq çıxmış, səhnə arxasında isə həkimlər keşik çəkmişdilər.

"Bu dəfə oxşar xoşagəlməzliklərdən qaçmaq üçün əvvəlcədən səhnə arxasında həkimlər briqadasının olmasını təmin edəcəyik", - deyə M.Abbasov bildirib.

Xatırladaq ki, 2010-cu ilin noyabrında C.Rəhimova qalxanabənzər vəzin xərçəngi diaqnozu qoyulmuşdu. Xəstəliyi ilkin mərhələdə aşkarlanmış aktyorun üzərində cərrahiyyə əməliyyatı aparılmışdı.

Prodüser budəfəki konsertin "Qeybət" adlanacağını da söyləyib. Bu dəfə şou-biznes nümayəndələri parodiya edilməyəcək: "Çünki yerli şou-biznes ölüb. Estradada maraqlı və diqqətçəkən heç nə baş vermir".