Bu şəhərin sakinləri yalnız qadınlardır - Fotolar

bu-seherin-sakinleri-yalniz-qadinlardir
Oxunma sayı: 1062

Braziliyanın Noyva de Kordeyru şəhərindəki qadınlar Yer kürəsində yaşayan kişilərə onlarla daimi yaşamaq üçün müraciət edib. 

“Qafqazinfo”nun xəbərinə görə, bu ərazilərdə 25-35 yaş arası 600 qadın yaşayır. Onlar romantik münasibət qurmaq və nikaha daxil olmaq istəyirlər. 

Qadınlar ərə getmək haqda istəklərini “Facebook” sosial şəbəkəsi vasitəsilə bildiriblər. Noyva de Kordeyru sakinləri yalnız subay kişilərlə maraqlanır. 

Bu şəhərdəkilər arasında matriarxat sistemi fəaliyyət göstərdiyi üçün kişilər onların şərtləri ilə razılaşmalıdırlar. Ailədə söz sahibi qadın olmalı və kommunal işləri o görməlidir. Xanımların mətbuata verdiyi məlumata görə, onlar artıq neçə illərdir ki, kişi ilə öpüşməyiblər. 

Rasim Həmidi