Bu səhnədən sonra bir daha ana ola bilmədi

bu-sehneden-sonra-bir-daha-ana-ola-bilmedi
Oxunma sayı: 5568

Xalq artisti Səfurə İbrahimova 25 il sonra televiziyaya çıxıb. “Qafqazinfo” xəbər verir ki,  79 yaşlı aktrisa “Səhər-səhər” proqramında göz yaşlarını saxlaya bilməyib:

“Çoxdandır sizləri görmürdüm. Ona görə kövrəldim. Deyəsən, bu veriliş mənə həsr olunub”.

Proqramda Elgiz Əkbər maraqlı bir hadisənin üstünü açıb. O, aktrisanın ana olmamağı barədə açıqlama verib:

“Xatırlayırsız, Səfurə İbrahimova “Alma almaya bənzər” filmində rol alıb. Həmin kinoda səhnə var ki, Səfurə xanım çayın içinə düşür. O kadrlar sentyabr ayında bitir. Bundan sonra noyabr ayında zəng gəlir və aktrisaya deyirlər ki, çəkilişlər məhv olub, yenidən çəkmək lazımdır. Təsəvvür edin ki, film Qubada çəkilir. Hamilə Səfurə İbrahimova sulu qar olan vaxtda çəkiliş edir, suyun içində qaçır. Bu çəkilişdən sonra ana olmaqdan məhrum oldu”.

Qeyd edək ki, Səfurə İbrahimova artıq illərdir ki, qapalı həyat tərzi keçirir. Səfurə İbrahimova 2005-ci ildə səhhətində problem yarandığına görə işlədiyi Akademik Milli Dram Teatrını tərk edib. O, uzun müddətdir ki, həmkarları ilə əlaqəni kəsib.