Bu şəkillərə görə anasından üzr istədi

bu-sekillere-gore-anasindan-uzr-istedi
Oxunma sayı: 2800

Dünya ulduzu Rihanna BBC-də yayımlanan “The Graham Norton Show”da qonaq kimi iştirak edib. “Qafqazinfo” xəbər verir ki, proqrama onunla birgə “Ocean's 8” filmində rol alan aktyor-aktrisalar da qatılıb. 

Aparıcı Graham Norto canlı efirdə Rihannanın illərdir getdiyi bar, restoran və otellərdən əlində içki qədəhi ilə çıxmasını xatırladıb və ona  çəkilən fotoları göstərib.

Norton Rihannaya “Bu qədəhləri götürmək üçün icazə aldın” deyə sual verib.  O, şəkillərə baxaraq “deyəsən bunlar məkanlara özüm apardığım qədəhlərdir. Bu fotoları anam da görəcək, ondan üzr istəyirəm” – bildirərək suala cavab verib.