“Bu, Serbiyaya siqnal deyildi” - Xaka

bu-serbiyaya-siqnal-deyildi
Oxunma sayı: 2190

İsveçrə millisinin futbolçusu Qranit Xaka dünya çempionatında Serbiyaya qol vurduqdan sonra Albaniya bayrağındakı qartal şəklindəki jesti ilə müzakirələrə səbəb olub.

“Qafqazinfo” xəbər verir ki, onun bu hərəkəti serbiyalılar tərəfindən etirazla qarşılanıb.

Futbolçu özü isə bu jesti serbiyalılara siqnal olmadığını bildirib: “Bu jest mənim təmiz emosiyalarım idi. Serbiyaya siqnal deyildi. Sadəcə mənə daim dəstək olan, arxamda duran insanlara təşəkkür idi. Valideynlərim Kosovoda doğulub və bu onlar üçün idi”.