Bu şəxsi tanıyırsız? - Foto

Bu şəxsi tanıyırsız?
Oxunma sayı: 2524

Daxili İşlər Nazirliyi xəstəxanada dünyasını dəyişən şəxsin kimliyini araşdırır.

“Qafqazinfo”nun verdiyi xəbərə görə, qurum bunun üçün ictimaiyyətə müraciət edib.

Belə ki, sentyabrın 23-də saat 22:55 radələrində Bakı şəhəri, Xətai rayonu, Zeytun küçəsi 144 ünvanının qarşısında 50-60 yaşlarında naməlum kişi 3 saylı Sabunçu xəstəxanasına aparılıb və orada həmin şəxs dünyasını dəyişib.
 
Həmin şəxsin əlamətləri belədir - boyu 175 santimetr, gözünün rəngi açıq palıdı. Naməlum şəxs tapılan zaman əynində tünd göy rəngli cins şalvar və qara rəngli 3 düyməli uzunqol köynək olub.

Şəkildə gördüyünüz kişini tanıyanlardan DİN-in “102 Zəng Mərkəzi”nə, həmçinin Xətai Rayon Polis İdarəsinə (012) 422-02-02 telefon nömrələrinə zəng vuraraq məlumat vermələri xahiş olunur.

Murad Əhməd


Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi