“Bu şəxsin ruhi xəstə olması heç kəsdə şübhə doğurmamalıdır”

bu-sexsin-ruhi-xeste-olmasi-hec-kesde-subhe-dogurmamalidir
Oxunma sayı: 649

“Qafqazinfo”nun məlumatına görə, bəyanatda bildirilir ki, Serj Sərkisyanın növbəti dəfə özünü və təmsil etdiyi rejimi ifşa edən açıqlama ilə çıxış etməsi beynəlxalq təşkilatlar tərəfindən ciddi şəkildə araşdırılmalıdır: “Bu cür bəyanatla çıxış edən şəxsi normal adam hesab etmək olmaz. Bu şəxsin ruhi xəstə olduğu artıq heç kəsdə şübhə doğurmamalıdır. Məhz ruhi xəstəliyin nəticəsidir ki, hələ də Azərbaycana və Türkiyəyə qarşı ərazi iddialarından əl çəkmir, üstəlik də “Qarabağı aldıqlarını”, işğal etdiklərini etiraf edir.” Bəyanatda vurğulanır ki, bu etirafdan sonra beynəlxalq təşkilatlar öz mövqelərinə aydınlıq gətirməli, Ermənistana qarşı adekvat mövqe tutmalı, bu ölkəyə qarşı sanksiyaların tətbiq edilməsi istiqamətində addımlar atmalıdır. QAT Azərbaycan hakimiyyətini də Ermənistan prezidenti ilə bir masa arxasında oturmamağa çağırıb: “Bu cür anormal şəxsin hansısa bir ölkəyə başçılıq etməsi təhlükəlidir. Azərbaycan hakimiyyəti isə iki gündən bir sarsaqlayan, cəfəng fikirlər səsləndirən bu şəxslə danışıqlardan, bir masa arxasında oturmaqdan imtina etməlidir.”

Fatimə Kərimli