Bu şəxslər vizadan azad olundu - Prezident qanunu təsdiqlədi

bu-sexsler-vizadan-azad-olundu
Oxunma sayı: 3766

Prezident İlham Əliyev “Azərbaycan Respublikası Hökuməti ilə Litva Respublikası Hökuməti arasında xidməti pasportlara malik şəxslərin viza tələbindən azad edilməsi haqqında” Sazişin təsdiq edilməsi barədə qanunu təsdiqləyib.

“Qafqazinfo” xəbər verir ki, saziş 2017-ci il oktyabrın 27-də Vilnüs şəhərində imzalanıb.

Dövlət başçısı həmçinin “Azərbaycan Respublikası Hökuməti ilə Benilüks Dövlətləri Hökumətləri arasında xidməti pasport sahiblərinin viza tələblərindən azad edilməsi haqqında” Sazişin təsdiq edilməsi barədə qanunu təsdiqləyib.

Saziş 2017-ci il noyabrın 23-də Brüssel şəhərində imzalanıb.