Bu şirkətlər 22 milyondan çox pul qazanıb

bu-sirketler-22-milyondan-cox-pul-qazanib
Oxunma sayı: 1218

Cari ilin ilin yanvar-iyun aylarında səyahət agentlikləri və turoperatorlar 22,4 milyon manat qazanıb. 

“Qafqazinfo” Statistika Komitəsinin saytına istinadən xəbər verir ki, bu rəqəm də əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 13,1 faiz çoxdur. Yarım il ərzində 29,7 min turistə xidmət göstərilib. Xidmət göstərilmiş turistlərin 19,9 min nəfəri xarici ölkələrə, 6,3 mini ölkə ərazisində səyahət edən vətəndaşlar, 3,5 min nəfəri isə Azərbaycana səyahət məqsədilə gələn əcnəbilər və vətəndaşdığı olmayan şəxslər olub. Azərbaycana səyahətə gələn xarici ölkə vətəndaşlarının sayı 66,7 faiz artım, xarici ölkələrə gedən Azərbaycan vətəndaşlarının sayında isə 5,7 faiz azalma müşahidə olunub.

Səyahət agentlikləri və turoperatorlar tərəfindən 15,0 min ədəd turizm yollayışı satılıb ki, bunların da 1,1 minini Azərbaycan ərazisində səyahət etmək üçün xarici ölkə vətəndaşlarına, 13,9 minini isə ölkə vətəndaşlarına satılmış yollayışlar təşkil etmişdir. Azərbaycan vətəndaşları tərəfindən alınmış yollayışların 11,8 mini (84,9 faizi) xarici ölkələrə, 2,1 mini (15,1 faizi) ölkə daxilində səyahət etmək üçün nəzərdə tutulub.

Xarici ölkələrdə istirahət etmiş azərbaycanlıların sayı 20 min nəfər olub. Onların 47,7 faizi Türkiyə, 12,7 faizi Birləşmiş Ərəb Əmirlikləri, 12,4 faizi Rusiya Federasiyası, 9,1 faizi İran, 3,0 faizi Almaniya, 1,6 faizi Gürcüstan, 1,4 faizi İtaliya, 1,3 faizi Çexiya, 0,7 faizi Ukrayna və 10,1 faizi digər ölkələrə səyahət edib.