Bu smartfonlar ən yaxşı kameraya sahibdir

bu-smartfonlar-en-yaxsi-kameraya-sahibdir
Oxunma sayı: 2376

Kameraların peşəkar müqayisəsi ilə məşğul olan “DxOMark” adlı xidmətə malik “DxO Labs” şirkəti bu günlərdə təqdim edilmiş “Huawei P20 Pro” və “P20” smartfonlarının kamerasını sınaqdan keçirib.

“Qafqazinfo” ICTnews-a istinadən xəbər verir ki, nəticəyə görə, bu smartfonlar “DxOMark” reytinqində liderliyi ələ keçiriblər.

Gözlənildiyi kimi, üçqat əsas kamera ilə təchiz edilmiş “P20 Pro” smartfonu reytinqin yeni lideridir. 109 bal toplamış sözügedən smartfon “Samsung Galaxy S9+”un göstəricisini (99 bal) xeyli üstələyib.

Ekspertlər bildiriblər ki, “Huawei”nin yeni smartfonu zəif işıqlanma şəraitində çəkiliş vaxtı rəqiblərini geridə qoyur, həmçinin avtofokusun işi və çəkilmiş şəkillərdəki səs-küyün aşağı səviyyəsi maraq doğurur. “DxOMark” xidmətinin nümayəndələrinin fikrincə, “P20 Pro” smartfonunun innovativ üçqat kamerası bazarda yeni oyun qaydaları qurmağa imkan verib.

Qeyd etmək lazımdır ki, ikiqat kamera ilə təchiz edilmiş “P20” modeli 102 bal toplayaraq, həmçinin “Samsung Galaxy S9+” cihazını üstələyib. Beləliklə, “Huawei”nin iki yeni modeli “DxOMark” testində 100 bal göstəricisini ötmüş tarixdə ilk smartfonlardır.