“Bu söhbətdə mən yoxam” – Rəqsanə

bu-sohbetde-men-yoxam-reqsane
Oxunma sayı: 662

“Qafqazinfo”nun məlumatına görə, ifaçı bu məsələnin belə şər edib: “Əvvəla qeyd edim ki, ötən gün adımdan yazılan açıqlamanın sonluğunda guya mən hər iki şəxsi hədələmişəm. Jurnalistin yazdığı “Elə etməyin ki...” ifadəsi mənə yox, müəllifin özünə məxsusdur. Bu situasiyada adımın çəkilməsinə gəlincə, bir qadın olaraq, hər iki kişiyə bunu ayıb bilirəm. Bu söhbətdə mən yoxam, adımı niyə çəkməlidirlər?”.

Rəqsanə İsmayılova sözünün davamı olaraq deyir ki, hədələmək ifadəsi ona aid olmadığı halda, rezonans doğurdu. Bu səbəbdən movzuya qayıtmağızəruri bilib. “Adımın mənə aidiyyatı olmayan mövzularda hallandırılmasına icazə vermirəm. Jurnalistlərdən təvəqqim budur ki, adımdan danışmadığım cümləni yazmasınlar”.