Bu universitet 14 ixtisas üzrə qəbul aparacaq

bu-universitet-14-ixtisas-uzre-qebul-aparacaq
Oxunma sayı: 677

Azərbaycan Universiteti 2017/2018-ci tədris ili üçün bakalavriat pilləsinə aşağıdakı ixtisaslar üzrə tələbə qəbulu elan edir.

"Qafqazinfo" xəbər verir ki, Qəbul Dövlət İmtahan Mərkəzi (DİM) tərəfindən aparılır və bütün ixtisaslara dövlət sifarişi ilə qəbul mümkündür. 

Azərbaycan bölməsi üzrə 

I qrup 

Riyaziyyat

Kompüter elmləri

Kompüter mühəndisliyi 

II qrup 

Dünya iqtisadiyyatı

Mühasibat uçotu və audit

Maliyyə

İqtisadiyyat

Menecment

Marketinq

Dövlət və bələdiyyə idarəetməsi

III qrup

Filologiya (Azərbaycan dili və ədəbiyyatı) 

Tərcümə (İngilis dili) 

Tarix 

Sosial iş

Azərbaycan və rus bölməsi birgə (tədris ingilis dilində)

II qrup 

Dünya iqtisadiyyatı

Mühasibat uçotu və audit

Maliyyə

Rus bölməsi üzrə

Kompüter mühəndisliyi 

Tərcümə (İngilis dili)

Qeyd1. Bütün ixtisaslar üzrə təhsilalma forması əyanidir. 

Qeyd 2. II qrup ixtisaslarından Maliyyə və III qrup ixtisaslarından Tərcümə (İngilis dili) istisna olmaqla bütün ixtisasların təhsil haqqı 2500 manatdır. Maliyyə və Tərcümə (İngilis dili) ixtisaslarının illik ödənişi 3000 manatdır. 

Qeyd 3. Tədrisi ingilis dilində olan ixtisaslarda tələbələrin ingilis dili hazırlığı üçün 1 (bir) tədris ili ayrılmaqla təhsil müddəti 5 ildir.

Ətraflı məlumat üçün

Abituriyent Məlumat Mərkəzi

Mobil: (+99455) 220 40 58

E-poçt: [email protected]