Bu universitetdə DİM-in "Abituriyent Məsləhət Mərkəzi” yaradılıb

bu-universitetde-dim-in-abituriyent-meslehet-merkezi-yaradilib
Oxunma sayı: 1349

Qərbi Kaspi Universitetində Dövlət İmtahan Mərkəzinin "Abituriyent Məsləhət Mərkəzi” fəaliyyət göstərir.

"Qafqazinfo" xəbər verir ki, ötən həftədən etibarən fəaliyyətə başlamış Məsləhət mərkəzində xüsusi treninq keçmiş əməkdaşlar abituriyentlərə tələbə qəbulu qaydaları, ali və orta ixtisas təhsili müəssisələrinə ərizə qəbulu, "Abituriyentin elektron ərizəsi”nin doldurulma və təsdiq edilməsi qaydası və bu zaman qarşıya çıxa biləcək texniki problemlərin həlli, müsabiqə şərtləri, ixtisas seçimi zamanı diqqət yetirilməli olan məsələlər və s. haqqında ödənişsiz köməklik göstərirlər.

Abituriyentlər onları maraqlandıran bütün suallarla bağlı "Abituriyent Məsləhət Mərkəzinə” müraciət edə bilərlər.
Mərkəzlər universitetin aşağıdakı ünvanlardakı korpuslarında yerləşir:

Əsas bina
Azərbaycan, Bakı, İstiqlaliyyət 27;

Dizayn və Memarlıq Məktəbi
Nazim Hacıyev 6;

Yüksək texnologiyalar və innovativ mühəndislik məktəbi, Biznes Məktəbi və İqtisadiyyat Məktəbi
Əhməd Rəcəbli 3;

Qərbi Kaspi Universitetinin Kolleci
Cəfər Xəndan küç. 15 B.

Əlavə məlumat üçün:  012 4926163