Bu universitetlərdə nöqsanlar aşkarlandı - Adlar

bu-universitetlerde-noqsanlar-askarlandi
Oxunma sayı: 2232

Hesablama Palatası 2018- ci ildə  ali məktəblərdə həyata keçirilən audit tədbirləri nəticəsində aşkar olunan nöqsanları açıqlayıb.

“Qafqazinfo”xəbər verir ki bu barədə qurumun 2018- ci ilə dair hesabatında qeyd olunub. Siyahıda üç universitetin adı əks olunub. Bunlar Azərbaycan Tibb Universiteti,  Bədən Tərbiyəsi və İdman Akademiyası və Bakı Slavyan Universitetidir.  Belə ki, ATU-da 7, Bədən Tərbiyəsi və İdman Akademiyasında 6, BSU-da isə 5 büdcə qanunvericiliyinin tələblərinin pozulması halı aşkar olunub.

Dövlət satınalmaları ilə bağlı nöqsanlar isə ATU-da 3,  BTİA-da 5, BSU-da isə 6 dəfə rast gəlinib. Vergi və gömrük qanun vericiliyinin pozulması halı üzrə  nöqsan isə ATU-da  2 hal üzrə aşkarlanıb.

Bundan başqa, Hesablama Palatası Mirzə Fətəli Axundov adına  Milli Kitabxanada 7 hal üzrə  büdcə qanunvericiliyinin tələbləri pozulması hallarını aşkar edib.

 Günel Türksoy