Bu uşağın videosu izlənmə rekordları qırır - Video

Bu uşağın videosu izlənmə rekordları qırır
Oxunma sayı: 8389

Qarabağı geri qaytar Sarkisyan. Sən terrorçusan. Qarabağ qaytarmasan nə baş verəcək özün bilirsən”.

“Qafqazinfo” “Xəzər TV”yə istinadən xəbər verir ki, bu sözlərlə Ermənistan prezidentinə müraciət edən Ucar sakini 9 yaşlı Mehdi Həsənovun videosu internetdə izlənmə rekordları qırır.

Bir müddət Rusiyanın Həştərxan şəhərində yaşamalı olan Mehdi Həsənovun bu videosunun ən az ordakı sözlər qədər böyük tarixçəsi varmış. Belə ki, Mehdi Rusiya kanallarında guya azərbaycanlıların erməni uşaqlarını öldürməsi xəbərini eşidir. Bundan sonra atasından bunun səbəbini soruşur. atası Mayis Həsənov əsl həqiqəti oluna başa salır. Bundan sonra Mehdi məktəbdə sinif yoldaşlarına ermənilərin Azərbaycanlıları öldürdüyünü izah edir hətta rayonlarının işğal tarixlərində məktəbdə bir neçə etiraz aksiyası da təşkil edir.

Ən maraqlı məqam isə Mehdinin kiçik yaşında keçirdiyi bu aksiyalara görə ailənin başına gələnlərdir. oradakı ermənilər müxtəlif yollarla ailəyə təziq göstəriblər. hətta ailə başçısı məktəbə dəvət olunaraq təhdid edilib.

Yaxınlarının köməkliyi ilə çətinliklə həbsdən çıxan ailə Azərbaycana qayıdıb. İndi Ucarda rusdilli məktəbdə oxuyan Mehdidən təhsil müəssisəsinin direktoru da razılıq edir. O, Mehdinin digər uşaqlardan seçildiyini deyir.

Bu hadisə özü də erməni xislətini ifşa edən bariz nümunədir. 9 yaşlı uşağı belə özlərinə təhdid hesab edən bu təfəkkürün daşıyıcıları əslində soyqırım kimi qətliamları törətməyə qadir olduqlarını sübut edirlər.


Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi