Bu uşaq valideynlərini itirib

bu-usaq-valideynlerini-itirib
Oxunma sayı: 2331

Bu gün saat 14 radələrində 65 saylı marşrut xətti üzrə hərəkət edən avtobusda 5-6 yaşlı oğlan uşağı tapılıb.

Sərnişinlərin daşınması ilə məşğul olan “Xaliq Faiqoğlu” şirkətindən “Qafqazinfo”ya verilən məlumata görə, azyaşlı avtobusla hara getməli olduğunu, yaşadığı ünvanı bilmədiyini deyib. Şirkət əməkdaşları tərəfindən dərhal DİN 102 qaynar telefon xəttinə və yaxınlıqdakı polis bölməsinə bu barədə məlumat verilib.

Uşağı tanıyanlardan ailə üzvlərinə məlumat vermələrini xahiş edirik.