Bu uşaqların yaxınları axtarılır - “İŞİD”ə qoşulan valideynləri ölüb

bu-usaqlarin-yaxinlari-axtarilir
Oxunma sayı: 4745

“İŞİD”ə qatılan azərbaycanlı ailənin iki övladı xilas edilib.

“Qafqazinfo” Sputnik Azərbaycana istinadən xəbər verir ki, 2 yaşlı Xədicə və qardaşı 3 yaşlı Abdulla İraqın Təl-Afər şəhərindən xilas edilərək Bağdada gətirilib.

Rusiya Televiziyasının əməkdaşları həmin uşaqları İraqın paytaxtındakı sığınacaqda çəkiblər. Azyaşlı Abdulla jurnalistin sualına cavab olaraq atası və anasının Mosulda öldüyünü deyib. Lakin Azərbaycanın hansı bölgəsindən olmaları, baba və nənəsinin harda olmasını bilmədiyini deyib.

Əgər bu videodakı uşaqları tanıyan varsa, sözügedən sayta müraciət etsinlər.