Rok musiqisinin əfsanəvi ulduzu Elvis Presley və eks-xanımı Priscilla Presleyin yaşadıqları ev satışa çıxarılıb.
“Qafqazinfo” xarici KİV-ə istinadən xəbər verir ki, Las-Veqasda gizli evlənən cütlük 1 il (1967-ci il) sözügedən malikanədə qalıb.
5.9 milyon dollara satışa çıxarılan villanın 5 yataq və duş otağı, hovuzu, tennis zalı var. Presley bir neçə fenomenə çevrilən musiqisini də həmin evdə bəstələyib.