“Bu xəbər məni olduqca kədərləndirdi” - İlham Əliyev başsağlığı verdi

bu-xeber-meni-olduqca-kederlendirdi
Oxunma sayı: 6658

Azərbaycan prezidenti İlham Əliyev indoneziyalı həmkarı Coko Vidodoya başsağlı məktubu göndərib.

“Qafqazinfo”nun məlumatına görə, məktubda deyilir:

“Hörmətli cənab Prezident,

Ölkənizdə baş vermiş güclü zəlzələ nəticəsində çoxsaylı insan tələfatı və dağıntılar barədə xəbər məni olduqca kədərləndirdi.

Bu faciə ilə əlaqədar Sizə, həlak olanların ailələrinə və yaxınlarına, bütün İndoneziya xalqına şəxsən öz adımdan və Azərbaycan xalqı adından dərin hüznlə başsağlığı verir, yaralananlara və xəsarət alanlara şəfa diləyirəm”.