Bu xəstəlik “mouse” tutan əlləri sevir

bu-xestelik-mouse-tutan-elleri-sevir
Oxunma sayı: 645

Bu ağrılar xüsusilə gecələri sizi yatmağa qoymur? Əgər cavabınız "bəli"-dirsə diqqətli olun, sizdə ümumiyyətlə klaviatura və "mous" istifadə edən şəxslərin əllərində əmələ gələn və müalicə edilməzsə pis nəticələr verə bilən "kapilyar tunel" sindromuna yoluxmusunuz.

İslamazeri.az-ın "Hürriyet"-ə istinadən verdiyi xəbərə görə, kapilyar tunel sindromu, əl barmaqlarının hərəkət etməsi və hissiyatın təmin edilməsində böyük rol oynayan əsas sinir sisteminin medyanın sıxılması nəticəsində ortaya çıxan bir xəstəlikdir.

Həkimlərin bildirdiyinə görə, sinir sıxılmaları arasında ən çox görülən "Kapilyar Tunel Sindromu" klaviaturada yazarkən və ya siçandan istifadə edərkən əl biləyini davamlı bükülü vəziyyətdə saxlayan və ya əli ilə tez-tez ağır yük qaldıran insanlarda rast gəlinir.

Əldə getdikcə artan ağrılarda mütləq həkimə müraciət edin. Çünki bu xəstəlik getdikcə əldə olan sinir damarlarını yox edir və əzələlərdə gücsüzlüyə və əzələ əriməsinə gətirib çıxardır.

Bunun nəticəsində yazı yazmaq, avtomobil istifadə etmək olmur. Bir sözlə əl öz qabiliyyətini itirir.

Xəstəliyin müalicəsi həm dərmanla həmdə fiziki məşqlərlə mümkündür. Əllərinizi gün ərzində müxtəlif istiqamətlərə hərəkət etdirməklə və əldəki əzələləri masaj etməklə bu xəstəlikdən yan keçə bilərsiniz.

Unutmayın ki, əlləriniz sizə əmanətdi.